"Türkiyə iqtisadiyyatı çətin dövrünü yaşayır. Azərbaycan qardaş ölkəyə çətin durumunda dəstək olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov Türkiyəyə dəstək təklifini səsləndirərkən deyib. Ekspert mövcud vəziyyətdən çıxış yollarını açıqlayıb:
"Türkiyə malları ucuzlaşacaq. Ona görə ki, Türkiyə lirəsi ucuzlaşır. Həm söhbət yüngül sənaye, həm də ərzaq və qida məhsullarından gedir. Biz hər birimiz Türkiyə məsulu alaq, onlara stimul verək. Belə olarsa, onların sahibkarları daha çox məhsul istehsal edəcək. İqtisadiyyat o halda inkişaf edər ki, Azərbaycan, Türk və Orta Asiya ölkələri də olmaq şərti ilə daha çox Türkiyə məhsullarını istehlak etsin. Düşünürəm ki, bu onların sahibkarlarının gəlirini artırar, biznesini genişləndirər, iqtisadiyyatı böyüdər”.
Vahid Məhərrəmov indiki vəziyyətdə Azərbaycanın Türkiyə ilə quru yollarını açmağın vacib olduğunu vurğulayıb:
"Hökumət Azərbaycan vətəndaşlarına Türkiyədən mal-məhsul gətirmək imkanı verməlidir. Hökumət başa düşməlidir ki, Türkiyəni indiki vəziyyətdən çıxartmaq üçün əlaqələri daha da genişləndirmək və bu sahədə mövcud olan monopoliyanı aradan götürmək lazımdır ki, istəlinən Azərbaycan vətəndaşı, yaxud da sahibkar Türkiyəyə gedib oradan məhsul ala bilsin. Hökumətin üzərinə düşən vəzifələrdən biri də bundan ibarət olmalıdır”.
Bahar Rüstəmli
Şərhlər