Ekspertlər pandemiya zamanı ən təhlükəli idman növlərini açıqladı

Ekspertlər pandemiya zamanı ən təhlükəli idman növlərini açıqladı

İtaliyadan olan mütəxəssislər koronavirus pandemiyası zamanı hansı idman növünün ən təhlükəli olduğunu müəyyənləşdirməyə çalışıb. 

Qaynarinfo rbc.ua-ya istinadla xəbər verir ki, İtaliya Olimpiya Komitəsi araşdırma üçün Türin Politexnik Universitetinə sorğu göndərib.

Məlum olub ki, voleybol belə bir idman növüdür. Alimlər müəyyənləşdirdiyinə görə, oyun zamanı iştirakçılar Covid-19 infeksiyasına daha çox həssas olurlar.
 
Onlar ikinci yerə kontaktlı reqbi idman növünü qoyublar. Üçüncü səbəti basketbol tutub.

Eyni zamanda, tennis oynamaqla yanaşı, bədii gimnastika dərsləri ən təhlükəsiz hesab edilib.

Son məlumatlara görə, dünyada 11 milyondan çox insan koronavirusa yoluxub, 525 mindən çox insan ölüb.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR