Xəbər lenti

“El” cənub bölgəsinə gedəcək
Siyasət 17:24 03.04.2013

“El” cənub bölgəsinə gedəcək

“Hamısı dərk edir ki, tərəzinin bir gözündə Azərbaycan xalqının gələcəyidir”

“Yeni ofisə köçməyə hazırlaşırıq. Əşyalarımız çoxdur deyə bir neçə gündür, bununla məşğuluq”.

Bunu Qaynar.info-ya açıqlamasında “El” hərəkatının təsisçilərindən olan Eldəniz Quliyev deyib. 

E.Quliyev hərəkatla bağlı işlərin davam etdirildiyini bildirib: “Görüşlərimiz davam edir, bölgələrə səfərlər edirik. Aprelin 5-i Cənub bölgəsinə səfərimiz var. Ayın sonunda da respublika müşavirəsi keçirəcəyik. Bu istiqamətdə işlərimiz davam etdirilir”.

E.Quliyev “Milli Şura”nın yaradılması ilə bağlı partiyalarla aparılan danışıqlara da toxunub: “Milli Şura ilə bağlı partiyalarla danışıqlarımız gedir. Bu danışıqların nəticəsi ayın sonunda bilinəcək. Bilirsiz, hər bir partiyanın öz maraqları var. Danışıqlar zamanı maraqlar nəzərə alınır. Bu, çox qəliz və həssas danışıqlardı. Demək olar ki, hamısı dərk edir ki, tərəzinin bir gözündə Azərbaycan xalqının gələcəyidir. Ona görə də Azərbaycanın gələcəyi üçün şəxsi mənafelərindən geri çəkilməyə məcbur olurlar”.

İlkin
Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->