Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Bu barədə APA-ya Həlimə Əliyevanın qardaşı Mirmöhsün Mahmudov məlumat verib.
Onun sözlərinə görə, 67 yaşlı bacısı Türkiyəyə əməliyyat və müalicə olunmaq üçün gedibmiş: "Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlamışıq".
Mərhumun kürəkəni Aqil Səmədbəyli isə "Report"a açıqlamasında bildirib ki, H.Əliyevanın səhhəti dünən qəfildən pisləşib və dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb: "Həlimə Əliyevanın səhhəti dünən qəfildən pisləşdi. Bu gün isə reanimasiya şöbəsində dünyasını dəyişdi".
A.Səmədbəyli mərhumun cənazəsinin Bakıya gətiriləcəyi vaxtı hələ müəyənləşdirmədiklərini deyib: "Biz şokdayıq".
Şərhlər