Xəbər lenti

“Elçibəyin zəhərlənməsi” işindən nə xəbər?
Siyasət 12:29 25.06.2013

“Elçibəyin zəhərlənməsi” işindən nə xəbər?


"Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə əlaqədar başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Qaynar.info xəbər verir ki, bunu "Bizim Yol"un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.  Milli Azadlıq Hərəkatının lideri, sabiq prezidenti Əbülfə Elçibəyin (Əliyev) qəsdən zəhərlənməsi ilə bağlı cinayət işi Müasir Müsavat Partiyasının sədri, AXC hakimiyyəti dövründə «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri olmuş Hafiz Hacıyevin müraciətinə əsasən aparılmış araşdırmaların nəticəsi olaraq açılıb.

Bakı Şəhər Prokurorluğunun mətbuata verdiyi rəsmi açıqlamada bildirlir ki, Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb. "Araşdırma zamanı H. Hacıyev və digərləri Ə.Əliyevin ölümündən əvvəl zəhərləndirilməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər. Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb".

Elçibəyin ailəsi, yaxınları və silahdaşları isə bu iddianı qeyri-ciddi sayır, onun zəhərlənmə deyil, ağır xəstəlik nəticəsində dünyasını dəyişdiyini bildirir və bu cinayət işini müxalifətə qarşı təzyiq kampaniyası hesab edilər.

Qeyd edək ki, bu gün Azərbaycanın Respublikasının ikinci prezidenti olmuş Əbülfəz Elçibəyin doğum günüdür. O, 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.

1988-ci ildə müstəqillik uğrunda başlanmış xalq hərəkatının öndərlərindən biri olub. 1992-ci ilin 7 iyununda prezident seçilən Əbülfəz Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən gedib.
Eks prezident 2000-ci ildə onkoloji xəstəlikdən vəfat edib. O, Türkiyədə müalicə olunurduğu "Gülhanə" xəstəxanasında dünyasını dəyişib.

Qaynar.info

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->