Ekonomiks 15:34 12.06.2021

Eldar Əzizov: "Bakı şəhərinin Baş planı üzərində iş gedir"

"Bakı şəhərinin Baş planı üzərində iş gedir".

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E. Əzizov bildirib ki, layihəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Baş Memarlıq İdarəsi hazırlayır.

İcra başçısı layihə ilə tanış olduğunu qeyd edərək Baş planı layihənin hazırlanmasında birlikdə işlədiklərini deyib: "Komitə bizimlə əməkdaşlıq edir və layihə hazır olan kimi ictimaiyyətə təqdim ediləcək".