Xəbər lenti

Elgizin toyunda nələr baş verdi? - FOTOLAR
Maqazin 17:29 10.05.2015

Elgizin toyunda nələr baş verdi? - FOTOLAR

Tanınmış teleaparıcı Elgiz Əkbər dünən - 9 mayda evləndi. ANS-in "Adam içində" verilişinin aparıcısının media üçün qapalı olan toyu səsli-küylü keçdi. Sərxan Kərəmoğlunun idarə etdiyi toyun aparıcı müğənniləri əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov idi. 

Sərxanın təqdimatı ilə qonaq sənətçilər səliqə ilə səhnədə çıxış edirdilər. Bircə səhnəmizin primadonnası İlhamə Quliyevadan başqa. Xeyr, taclı kraliça məclisə şuluq salmadı, sadəcə bu səliqəni pozdu. O, səhnədə deyil, elə oturduğu yerdə mahnı oxudu. Amiranə şəkildə Cavanşir bəyi və musiqiçiləri ayağlna çağırdı. Əvvəlcə təbrik nitqi söylədi, sonra isə adəti üzrə dövlət başçısının və birinci xanımın ünvanına xoş sözlər səsləndirdi. Çıxışından sonra canlı ifası ilə qonaqları feyziyab etdi. Başımızın üstündə Allah var, İlhamə xanımın canlı ifası möhtəşəm idi.

Xalq artisti, sənhəmizin ən güclü səsi Flora Kərimova küsülü həmkarından fərqli olaraq özünü çox sadə və təvazökar aparırdı. Həmkarları kimi səhnədə oxudu, oynadı və qonaqlarla birlikdə doyunca rəqs etdi. 

Flora xanımın səhnə alması möhtəşəm oldu. İlhamə Quliyevanın masasında əyləşənlərdən başqa, bütün qonaqlar sənətkarı ayaq üstə gur alqışlarla qarşıladılar. Amma Sərxan Kərəmoğlunun qonaqlardan onun üçün bir daha alqış istəməsi, Kərimovanın xoşuna gəlmədi. "Tamaşaçıdan alqış istəmək sənətkara təhqirdir. Bu sənətkarı alçaltmaqdır. Sənətkar üçün alqış dilənmək olmaz" - deyə, aparıcıya irad tutdu. 

Flora xanım ifasını başa çatdırdıqda, təəccüblü də olsa, İlhamə Quliyeva əllərini yuxarı qaldıraraq nümayişkanı çəkildə onu alqışladı. 

Bir-birlərinin ünvanına efirdə və saytlarda təhqirlər işlədən Nadir Qafarzadə ilə Cavanşir Məmmədovun pıçıldaşması qonaqlara qəribə gəldi...

Toyda iştirak edən sənətçilərin və tanınmış media nümayəndələrinin adlarını yazıb sizi yormaq istəmirəm. Amma Sərxan Kərəmoğlu sənətçilərimizi elə təmtəraqla təqdim edirdi ki, qonaqlar hər dəfə hansısa dünya şöhrətli ulduzun məclisə gəldiyini zənn edirdi. Əslində sənətçilərimiz xarici görünüşləri, gözəllikləri ilə xarici ulduzlardan geri qalmırlar. Kim nə deyir desin, bizim müğənnilər toy məsələsində xaricilərə master klass keçərlər...

Toyda iştirak edənlər deyəsən dəvət edilənlərdən artıq idi. Çünki oturmaq üçün özünə yer axtaran, ayaq üstə qalanlar gözə dəyirdi. Bu isə heç kimin kefini pozmurdu. Məclisdəkilərin ya bəy və gəlinlə şəkil çəkdirmək üçün növbəyə dururdu, ya da rəqs meydançasından çıxmırdı. Hər kəs sanki öz əzizinin şad günündə olduğu kimi çox şən idi, xüsusən də ANS-çilər. Səmimiyyəti ilə tamaşaçıların ürəyini fəth edən Elgiz, kollektivin də sevimlisidir.

Demək olar ki, toyda bütün ANS-çilər var idi, bircə Afət Rahilqızıdan başqa. Qonaqları da məhz bu çox maraqlandırırdı. "Adam içində"nin digər aparıcısının həmkarının toyuna gəlməməsin səbəbi hamıya maraqlı idi. Səbəb isə çox sadə idi, bir neçə ay əvvəl atasını itirmiş Afət xanım, elimizin yazılmamış qanunlarına uyğun olaraq əzizinin ili çıxmamış toya gedə bilmədi...

Elza Seyidcahanın oğlu Əkbərin birinci toyundan sonra belə səsli-küylü toyda iştirak etməmişdim. Qonaqlarının sayı hesabı bilinməyən toyda, cavanlı-qocalı, heç kim oynamaqdan yorulmurdu. Oxumaq üçün növbəsini gözləyən müğənnilər özləri də ortadan çıxmırdılar.

Məclisdə olduğu kimi, şadlıq sarayının qarşısında da toplaşanlar az deyildi. Yaxınlıqda yaşayan sakinlər efirdə gördükləri insanları canlı görmək istəyirdilər. Elgizin yarı Əsmər xanım isə hazırda məşhurlardan da artıq gündəmdədir. Elgiz Əkbərin necə bir qızla evləndiyi görmək istəyənlər restoranın qabağında dayanıb gözləyirdilər.//anspress










































Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->