Xəbər lenti

Siyasət 15:04 10.07.2013

Əli Həsənov müxalifəti ittiham etdi

“Görün, dəstəyi, dayağı harada axtarırlar”
“Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sözün həqiqi mənasında milli əhval-ruhiyyə, milli ehtiyaclar və milli maraqlar üzərində qurulub”.
APA-nın məlumatına görə, Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov gənc alimlərin ümumi yığıncağında deyib.
Ə. Həsənov İlham Əliyevə opponentlik edənlər barədə də danışıb: “İlham Əliyevə opponentlik edən insanlara baxın. Görün, onlar haradan dəstək axtarırlar. Biri deyir, “Hələ mən dəstək üçün xarici ölkələrin hamısından razılıq almamışam. Razılıq alım, Azərbaycan ötüşər, seçici ötüşər. Razılıq alım, gələrəm. Əsas odur ki, bu ölkələrin razılığını alım, gəlim, prezident olum”. Görün, Azərbaycan prezidentliyinə dəstəyi, dayağı harada axtarırlar?”
PA rəsmisi deyib ki, Azərbaycan prezidenti İlham Əliyev seçki kampaniyası aparmır və aparmayacaq: “Ona görə ki, onun seçki kampaniyası aparmağa ehtiyacı yoxdur. O seçkilərin sabahını yox, nəsillərin sabahını düşünür. Onun gördüyü işlər, elə onun kampaniyasıdır. Azərbaycan gəncliyinin elitası, avanqardı, ən şüuru hissəsi İlham Əliyevin namizədliyini dəstəkləyirsə, deməli, onun yürütdüyü siyasət doğrudur”. 
Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?