“Azərbaycan inkişaf etdikcə dövlətə və prezidentə qarşı beynəlxalq səviyyədə qısqanclıq və paxıllıq artır”.APA-nın xəbərinə görə, bu fikri Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan son 10 ildə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Azərbaycanın dünyanın ən tolerant ölkəsi olduğunu deyən Ə. Həsənov qeyd edib ki, buna görə də Azərbaycana maraq, diqqət artır. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan inkişaf etdikcə dövlətə və prezidentinə beynəlxalq səviyyədə qısqanclıq və paxıllıq da artır: “Amma biz bunun əksini görməliydik. Ölkə rəhbəri xalqın rifahını günbəgün yaxşılaşdırırsa, ona qarşı münasibət də yaxşı olmalı idi. Azərbaycan xalqı tam əmindir ki, bütün qısqanclıqlara baxmayaraq, ölkə prezidenti 2020-ci ilə kimi müəyyənləşdirdiyi strateji istiqamətlərin hamısına tam nail olacaq”.
Qaynar.info
Şərhlər