AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.
Qaynarinfo xəbər verir ki, Əli Kərimliyə Binəqədi rayon Polis İdarəsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
14.18
AXCP sədri Əli Kərimli Binəqədi rayon Polis İdarəsinə aparılıb.
Qaynarinfo xəbər verir ki, onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.
13.00
AXCP sədri Əli Kərimli bu gün Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb.
Qaynarinfo xəbər verir ki, Müsavat Partiyasının qərargahında bu gün keçirilən "Həmrəylik Marafonu”nda iştirak edən partiya sədri Binəqədi Rayon Polis İdarəsinə aparılıb.
Onunla yanaşı, marafonu işıqlandıran Fatimə Mövlamlı və Nurlan Libre də polisə aparılıb.
Şərhlər