Xəbər lenti

Əlikram Bayramovdan etiraf: “Dik atıldı və dedi, nəəə, gizli bir qadın?” (VİDEO)
Video 13:38 31.05.2018

Əlikram Bayramovdan etiraf: “Dik atıldı və dedi, nəəə, gizli bir qadın?” (VİDEO)

"ARB Ulduz”un "Şou Məkan” verlişinin növbəti qonağı Əlikram Bayramov olub.

Qaynarinfo xəbər verir ki, müğənni ilk olaraq maddiyyat güdmədiyini deyib:

"Son zamanlar mən mahnılar üzərində işləyirəm. Özüm oxuyacağım mahnıları sənət dostlarıma hədiyyə verirəm. Qarşılığında isə heç birindən maddiyyat ummuram. Bu yaxınlarda Roza Zərgərliyə "Qırmızı güllər” mahnısını hədiyyə etdim, çox sevildi. Roza xanım da ifanı gündəmə gətirdi. Hara getdisə, mənim adımı söylədi. Eksklüziv olaraq bir mahnımı Mətanət Əsədovaya hədiyyə edəcəm. Artıq mahnının aranjimanına başlayırıq. Adı "Gecən xeyirə qalsın”dır”.

İfaçı yeni ifasını kimə həsr etdiyindən danışıb:

"Mən bu mahnını sevənlər üçün yazmışam. Mahnını da Mətanət xanıma xüsusi olaraq hədiyyə edirəm. O, qəlbi sevgi ilə dolu olan bir xanımdır”.

Müğənni həyat yoldaşı ilə arasında olan münasibətdən söz açıb:

"Hər bir tanınmış kişinin arxasında güclü bir xanım durur. Bu ifadəni Viktor Hüqodan oxudum. Fikirləşdim ki, gedim həmin cümləni xanımıma deyim. Evə gəldim. Həmin ifadəni bu cür həyat yoldaşıma söylədim: hər bir tanınmış kişinin arxasında gizli bir qadın durur. Sözü eşidən kimi dik atıldı və dedi, nəəə, gizli bir qadın? Tez cavab verdim ki, gizli yox, güclü bir qadın. Bir təhər başa saldım ki, Viktor Hüqonun sözüdür”.

Əlikram Bayramov maraqlı xatirələri  bölüşüb: 

"Bu yaxınlarda bir kişi yaxınlaşıb dedi ki, Əlikram müəllim, çox yaxşı müğənnisiz, çox gözəl insansız. Ancaq bir əmma var. Dedim nədir? Dedi ki, deyəsən, sən xanımından qorxursan. Tutuldum qaldım. Dedi xanımınla bağlı sənə sual verəndə, elə hey fırlayırsan ki, nə şiş yansın, nə kabab”.

Müğənni insanın bir sevgisi olmalıdır deyib:

"İnsanın bir sevgisi olmalıdır. Bir ürəkdə iki sevgi daşımaq olmaz. İki sevda çəkənin cəzası var. Mən o cəzalardan qaçmışam. Mənə lazım deyil o cəza. Deyəsən, yenə qorxaqlıq kimi çıxdı, həəə?”

"Bu yaxınlarda "həyatıma xoş gəldin” adlı yeni mahnı oxumuşam. Lirik bir mahnıdır. Sevənlərə həsr olnuub. İfaya yaxın zamanlarda klip çəkiləcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->