Xəbər lenti

Əlillik təyin olunanların sayında 14 faiz azalma
Ölkə 16:20 09.11.2018

Əlillik təyin olunanların sayında 14 faiz azalma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi, yanlış əlillik təyinatlarının qarşısının alınması istiqamətində aparılan işlər ilkin əlillik təyin olunanların sayında azalmaya səbəb olub.

Nazirlikdən modern.az-a verilən məlumata görə, 2018-ci ilin 9 ayı ərzində əlillik təyin olunanların sayında ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz azalma qeydə alınıb.

Cari ilin III rübündə əlillik təyinatlarının sayı öncəki rüblərlə müqayisədə daha da azalıb. Belə ki, həmin dövrdə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq (SİMU) hesab edilənlərin sayı bu ilin birinci rübünə nisbətən 61,3 faiz, ikinci rübünə nisbətən 20 faiz azalıb.

Qeyd edək ki, cari ilin may ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən Səhiyyə Nazirliyindəki müvafiq İşçi Qrupu ilə birgə işlər aparılmaqla, risk qrupu xəstəlikləri ilə əlaqədar əlillik təyinatları araşdırılır və əsassız tərtib olunmuş göndərişlər aşkar edilərək ləğv olunur.

Eyni zamanda, əlilliyin qiymətləndirilməsi üçün müraciət sisteminin sadələşdirilməsi, mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə imkan yaradan boşluqların aradan qaldırılması, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi istiqamətində nazirlik müvafiq işləri aparmaqdadır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->