Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov,20, istehsal sahəsinin ünvanı Suraxanı rayonu, Əmircan qəsəbəsi, IV mədən olan «Əliyev və K» Şəxsi İstehsalat Kommersiya Şirkətində dövlət nəzarəti tədbirləri həyata keçirilib.Komitədən Qaynar.info-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan vitrin soyuducuları, ictimai iaşə müəssisələri üçün qaz və elektrik plitələrinin təhlükəsizliyi, normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməyib, AZS milli sertifikatlaşdırma sistemində sertifikatlaşdırılmayıb. İstehsal prosesində istifadə olunan 167 ədəd ölçmə və sınaq vasitələrinin heç biri müqayisəli yoxlamadan keçirilməyib. Bununla da sahibkar tərəfindən «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» və «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» qanunlarının tələbləri pozulub.
Aşkar olunmuş pozuntularla bağlı «Əliyev və K» şirkətinə nöqsanların aradan qaldırılması barədə iradnamə, müqayisəli yoxlamadan keçməmiş ölçmə və sınaq vasitələrinin istismardan çıxarılması barədə tələbnamə verilib. Həmçinin, şirkətə ictimai iaşə müəssisələri üçün elektrik və qaz plitələri, vitrin soyuducularının istehsalı və satışı qadağan edilib.
Qaynar.info
Şərhlər