Xəbər lenti

Əliyevin 2019-da Türk Konseyində işlətdiyi sözün sirri...
Siyasət 23:09 06.03.2021

Əliyevin 2019-da Türk Konseyində işlətdiyi sözün sirri...

10 noyabr bəyanatında "Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi” olaraq qeyd olunan və Naxçıvan dəhlizi dediyimiz dəhlizi İlham Əliyevin Zəngəzur dəhlizi adlandırması təsadüfdürmü?!.

2019-cu ildə Türk Konseyinin Bakıda keçirilən Zirvə görüşündə İlham Əliyev "Zəngəzur türk coğrafiyasının bölünməsinin əsas nöqtəsidir” demişdi. 

Həmin il "Qarabağ Azərbaycandır və Nida” bəyanatı, Qaregin Njde üzərindən edilən manevrlər və Türk Konseyindəki mesaj haqda belə yazmışdıq: "Bütün bunların 1920-ci ildə Azərbaycanın qədim diyarı olan Zəngəzurun Ermənistana verilməsinin 100 illiyinə bir il qalmış – 2020-ci il – edilməsi Bakının qarşıdakı hədəflərini göstərir”.

2020-ci ildə 44 günlük müharibə yaşandı və ərazilərin azad edilməsi ilə yanaşı, Naxçıvanı Azərbaycana birləşdirilən dəhlizin inşası üzərində razılıq əldə olundu. 

Biz Naxçıvan dəhlizi deyirdik, Əliyev Zəngəzur dəhlizi adlandırır və Zəngilan, Qubadlı istiqamətində azad edilən əraziləri "Şərqi Zəngəzur istiqamətində azad etdiyimiz ərazilər” kimi təqdim edir.

Sıradan sözlər deyil, xüsusilə Türk Konseyində (2019) dediyi sözlərdən bir il sonra baş verənləri (2020) xatırlayanda...

Asif Nərimanlı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->