Siyasət 17:28 17.01.2022

Əliyevin “bilsəydik, buraxmazdıq” dediyi Pekress Parisdən reaksiya gözləyir

Fransanın mərkəz sağçı Respublikaçılar Partiyasından prezidentliyə namizədi Valeri Pekres Azərbaycan prezidenti İlham Əliyevin dekabrın sonunda Dağlıq Qarabağa səfəri ilə bağlı bir sıra bəyanatlarından sonra ölkə hakimiyyətini fəaliyyətsizlikdə ittiham edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Europe 1” radiostansiyasının məlumatında deyilir.

"Mən respublikanın prezident seçkilərində namizədəm. Və məndən əvvəl bir çox fransızlar kimi mən də Dağlıq Qarabağ bölgəsinə getmişəm... Bu, Ermənistanla Azərbaycan arasında mübahisələrə səbəb olan bölgədir. Oraya baxmaq üçün getmişəm ki, görüm orada nələr baş verir. Azərbaycan prezidenti tamamilə sarsıdıcı bəyanatla çıxış etdi: "Əgər xanım Pekressin orada olduğunu bilsəydim, onu geri buraxmazdıq”, – Pekress bildirib.

O, Şərq xristianları məsələsinin onun öhdəliklərinin mərkəzində dayandığını və bu mənada Ermənistanın müdafiəsinin çox vacib olduğunu vurğulayıb.
"Ancaq prezidentliyə namizədi müdafiə etməyən hakimiyyətin ölü susqunluğu qalmaqaldır”, - deyə siyasətçi Əliyevin sözlərinə rəsmi Parisin reaksiyasını şərh edərkən əlavə edib.

Pekress bir müddət əvvəl Azərbaycan prezidentinin təhdid hesab etdiyi bəyanatlara görə şikayət etmək niyyətində olduğunu bildirib.

Azərbaycan lideri Pekresin Qarabağa səfərini təxribat adlandırıb və bunun Fransa prezidenti Emmanuel Makrona qarşı yönəldiyini, məqsədinin qarşıdan gələn prezident seçkilərində Ermənistanın səsini qazanmaq olduğunu qeyd edib.
 
Alpər