Xəbər lenti

Evə kişi geyimində girib 45 min oğurladı (FOTO)
Ölkə13:17 18.09.2025

Evə kişi geyimində girib 45 min oğurladı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda evdən külli miqdarda pul oğurlanıb.
Qaynarinfo Naxçıvan DİN-ə istinadən xəbər verir ki, rayonda yerləşən evlərin birindən 45 000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Babək Rayon Polis İdarəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.