Xəbər lenti

BƏƏ Prezidenti Azərbaycana səfərindən görüntülər paylaşdı (VİDEO)
Video 11:49 18.09.2025

BƏƏ Prezidenti Azərbaycana səfərindən görüntülər paylaşdı (VİDEO)

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərindən görüntülər paylaşıb.

Qaynarinfo xəbər verir ki, BƏƏ Prezidentinin sosial şəbəkə hesabında paylaşında videoda onun azad edilmiş ərazilərdəki səfərinin görüntüləri əks olunub.

"Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda Zati-aliləri Prezident İlham Əliyev ilə görüşməkdən məmnun oldum. Biz bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı sürətləndirmək, ortaq imkanlar yaratmaq, regional və qlobal sülh və sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini araşdırdıq”, - paylaşımda deyilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->