Xəbər lenti

Nizami rayonunda yanğın başladı
Ölkə 10:20 18.09.2025

Nizami rayonunda yanğın başladı

Bakının Nizami rayonunda evdə yanğın başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->