Elmar Məmmədyarov:

Elmar Məmmədyarov: "Fransanın AXC tarixində çox böyük rolu olub"

"Biz ölkələrimiz arasında iqtisadi, enerji və sosial məsələləri müzakirə etdik. Ümümiyyətlə bu, 1997-ci ildən bəri Fransanın xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfəridir. Fransanın Azərbaycan Demokratik Respublikası tarixində çox böyük rolu olub".

Qaynrinfo xəbər verir ki, bunu Bakıda fransalı həmkarı Jan-İv Lö Drian ilə görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, bildirib ki, bu gün də Fransa və Azərbaycan arasında ADR dövründə olduğu kimi, təhsil sahəsində xüsusi əməkdaşlıq var. Hazırda 50-dən çox Fransa şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Elmar Məmmədyarov fransalı həmkarı ilə Bakıda görüş zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların statusunun da müzakirə olunduğunu bildirib:

"Biz münaqişənin sülh yolu ilə həlli strategiyasını dəstəkləyirik və mən əminəm ki, Fransa da ATƏT-in Minsk Qrupunun həmsədri kimi bundan sonra bu münaqişənin həlli üçün köməkliyini göstərməkdə davam edəcək".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR