Gəncə şəhər İcra Hakimiyyətinin sui-qəsdə məruz qalan başçısı Elmar Vəliyev dünən gecə saatlarında İsrailə aparılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Gununsesi.info-ya icra başçısına yaxın mənbələrdən bildirilib. Məlumatda qeyd olunur ki, əməliyyatdan sonrakı prosedurların İsraildə həyata keçrilməsi məsləhət olunub.
Buna görə də xüsusi həkim nəzarəti altında Elmar Vəliyevi bu ölkəyə aparıblar.
İcra başçısının səhhətinin sabit olduğu da deyilir.
Şərhlər