Azərbaycanı Vyanada keçirilən "Eurovision-2015" mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov bu mötəbər yarışmaya hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb: "Hazırlığımız yaxşı keçir. Sözsüz ki, yoruluruq, gərgin hazırlıq prosesi gedir. Hər yerdə, hər işdə çalışırıq ki, ölkəmizi ləyaqətlə təmsil edək".
Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, ikinci yarımfinalda səhnəyə çıxacağını bildirən Elnur Hüseynov pərəstişkarlarından dəstək gözlədiyini söyləyib. Mahnı müsabiqəsində rəqabətin güclü olduğunu, lakin bu rəqabətin insanlar, iştirakçı və müğənnilər arasında deyil, mahnılar və səhnə performansı arasında yaşandığını qeyd edən E.Hüseynov mahnı müsabiqəsi iştirakçıları arasında yüksək əhval-ruhiyyənin hökm sürdüyünü diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi mayın 21-də keçiriləcək ikinci yarımfinal mərhələsində səhnəyə "Hour of the Wolf" mahnısı ilə çıxacaq.
Qaynar.info
Şərhlər