Sentyabrın 10-da Rusiyanın Sankt-Peterburq məhkəməsi azərbaycanlı bloqer Elvin İsayev barəsində hökm oxuyub.
Dzerjinsk rayon məhkəməsinin şübhəli barədə verdiyi qərar (Rusiyadan deportasiya olunma və 5 min rubl cərimə) ləğv edilib və iş yenidən baxılması üçün geri qaytarılıb.
İsaevin özü əcnəbilər üçün müvəqqəti saxlanma yerindən sərbəst buraxılıb.
Xatırladaq ki, 39 yaşlı Elvin İsayev son aylar bloqer kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib.
E. İsayev Rusiya vətəndaşlığını 2001-ci ildə Şimali Osetiyada alıb. O, 24 avqustda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Dzerjinsky məhkəməsi İsayev barəsində İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 3.1-ci hissəsi (xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasına daxil olmaq qaydalarının və ya qalma rejiminin pozulması) üzrə ittiham edərək 5 min rubl cərimə ilə Rusiyadan Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarmışdı.("Qafqazinfo”)
Şərhlər