Xəbər lenti

Elza İlhaməyə ağ çiçəklər gətirdi: "Halallıq verirəm"
Maqazin 13:24 26.02.2016

Elza İlhaməyə ağ çiçəklər gətirdi: "Halallıq verirəm"

Əməkdar artist Elza Seyidcahan küsülü olduğu xalq artisti İlhamə Quliyeva ilə vida mərasiminə qatılıb. 

Axşam.az-ın məlumatına görə, müğənni bunu özünə borc bildiyini deyib:

“Allah rəhmət etsin, qəbri nurla dolsun, ruhu şad olsun. Bizim borcumuzdur ki, sənət adamını son mənzilinə yola salaq. Onun bu sənətdə böyük əziyyətləri olub. Mənə qarşı haqsız hərəkətləri olsa da, hörmətini saxlamışam. Təmənnasız kiçikliyimə hörmət qoymuşam. İndi də onun böyüklüyünə ehtiram olaraq gəldim. Ona sevdiyi ağ çiçəklərdən gətirdim. Mənə etdiyi haqsızlıqlara qarşı ona halallıq verirəm. Allah mən tərəfdən onu sorğu-suala çəkməsin. Mən onu bağışladım”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->