Xəbər lenti

Əməkdar artist işdən çıxarıldı – Müsahibəyə görə
Maqazin 16:00 14.11.2014

Əməkdar artist işdən çıxarıldı – Müsahibəyə görə

Əməkdar artist “Direktor Azdramanı məhv edir” başlıqlı müsahibəsinə görə işdən çıxarılıb. 

Qaynar.info xəbər verir ki, AzNews.az-a açıqlamasında Telman Əliyev xəbəri təsdiq edib: “Teatrın baş mühasibi məni yanına çağırıb dedi ki, səninlə bağlanan müqaviləyə noyabr ayının 16-dan xitam veririk”.

Telman Əliyev işdən çıxarılması səbəbini baş mühasibdən soruşduqda "Maliyyə yoxdur” cavabını alıb.

Qeyd edək ki, adıçəkilən müsahibədə aktyor Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun ünvanına sərt fikirlər səsləndirib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->