Xəbər lenti

Əməkdar artist şadlıq evi sahibinin qarşısında baş əyməyə hazırdır - Bir şərtlə...
Sənət 14:30 04.08.2020

Əməkdar artist şadlıq evi sahibinin qarşısında baş əyməyə hazırdır - Bir şərtlə...

Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan şadlıq evlərinin rəhbərlərinə təklif ünvanlayıb.

Bu barədə Qaynarinfo-ya teatrın direktoru özü məlumat verib. İntiqam Soltan hazırda fəaliyyətsiz olan şadlıq evlərindən birinin rəhbərlik etdiyi teatra verilməsini xahiş edib: 

"Sizin min bir əziyyətlə, nəfis şəkildə qurub-yaratdığınız şadlıq evləri durumla əlaqədar korlanmaqdadır, siz isə çiyninizdə yük olan həmin "obyektlərin" ucbatından müflişləşməyə doğru gedirsiniz. Və toylarımızın 3-4 ay əvvəlki formatına qayıtması ideyası artıq utopiyadan başqa bir şey deyil. Təklif edirəm ki, biriniz şadlıq evlərinizdən birini Bakı Uşaq və Gənclər Teatrına verəsiniz. Təbii ki, sahibkarlıq hüququnuzu saxlamaq şərti ilə. Həm bina "yaşayar", həm onun xərclərindən azad olmuş olarsınız, həm də Türk ordusundan heç də zəif olmayan, dünyaya meydan oxuya biləcək  türk mədəniyyətinə xidmət etmiş olacaqsınız". 

İntiqam Soltan şadlıq evini teatra verəcək şəxin qarşısında baş əyəcəyini də deyib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->