Xəbər lenti

Əməkdar artistdə oynadığı roldan sonra xoşagəlməz vərdişlər yaranıb (VİDEO)
Video 17:02 21.01.2019

Əməkdar artistdə oynadığı roldan sonra xoşagəlməz vərdişlər yaranıb (VİDEO)

ARB TV-nin "Boş anlar” verilişinin növbəti qonağı əməkdar artist Mələk Abbaszadə olub. 

Qaynarinfo xəbər verir ki, əməkdar artist oynadığı rolun onun xarakterində mənfi izlər qoymasından danışıb:

"Natiq Rəsulzadənin bir tamaşasında baş rol oynadım. Öz xarakterimə yüzdə-yüz əks bir rol idi. Mənə çox çətin idi. Siqarət çəkən, hər kəsin ondan qorxduğu, döyə bilir dərəcədə bir sərt avtoritet qadın obrazı idi. Rejissor istəmişdi ki, sənin səsini eşitmək istəmirəm çox aşağı tonlarda danış. Səs sinədən çıxsın. İyrənc, kobud ola bilər, amma mənə qadınsı bir səs vermə. Mənim öz səsim daha yüksək tonlardadır. Səsim və plastikam üzərində işlədim. O, obrazın üzərində işlədikcə gördüm ki, mən özüm çox sərt, hər şeyə tez şəkildə partlayan, hirslənən, kobud cavab verən xarakterə çevirilməyə başladım. Hələ də arada o alçaq səs tonlar olur, birdən-birə aqresiv, kobud cavab vermək məndə o roldan sonra əmələ gəldi və o rolun ştrixləri qalır. İlk rol idi ki, xarakterimdə iz buraxdı”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->