Məşhur azərbaycanlı müğənni və biznesmen Emin Ağalarov "Instagram" sosial şəbəkəsində sevgilisi Alyona Qavrilova ilə yeni şəklini paylaşıb.
"Qaynarinfo" baku.ws-ə istinadən xəbər verir ki, Emin sevgilisini ad günü münasibətilə təbrik edib.
"Ad günün mübarək, sevgilim! Çox sağ ol ki, hər günümü xüsusi edirsən”, - Emin fotonun şərh bölməsində yazıb.
Qeyd edək ki, müğənni 29 yaşlı model Alyona Qavrilova ilə görüşür. Modelin milyarder Rüstəm Tarikodan bir oğlu var.
Qaynarinfo.Az
Şərhlər