Xəbər lenti

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti mayın 25-də başa çatır
Ekonomiks 17:17 21.05.2024

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti mayın 25-də başa çatır

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatı üçün müddət uzadılıb. 

Yaylaqlara köç etmək istəyən fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında 25 may, saat 17:00-dək qeydiyyatdan keçə bilərlər. 

Xatırladaq ki, təsərrüfatlarını azad olunuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər koc.eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək qeydiyyatdan keçməlidir. 

Fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılır. 

Fermerlər əlavə məlumat üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->