Xəbər lenti

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik etdi
İdman 18:03 21.05.2024

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident rəsmi sosial şəbəkəsində paylaşım edib.

"Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram", - paylaşımda bildirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->