"Red Bull" komandasının fransalı pilotu İsak Hacar "Formula 1" üzrə Azərbaycan Qran-prisində qalib gəlmək istəyir.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
Biləyindəki zədəni sağaldan pilot bir neçə həftənin onun üçün yaxşı keçmədiyini vurğulayıb:
"İnsan belə anlarda tez geri qayıtmaq istəyir. Son bir neçə həftə mənim üçün məyusedici keçib. İndi isə mübarizəyə qayıtmaq yaxşı hissdir. Rəqiblərə qarşı mübarizələrdə qalib gəlmək istəyirəm".
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
Şərhlər