XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
Siyasət22:35 23.09.2026

Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ konqresmeni Co Vilsonla görüşüb və Azərbaycan-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.

Tərəflər Azərbaycan-ABŞ münasibətlərinin strateji əlaqələri barədə fikir mübadiləsi aparıb, uzunmüddətli regional təhlükəsizliyi, sülhü və sabitliyi təşviq etmək məqsədilə ABŞ Konqresi ilə institusional əməkdaşlığı vurğulayıblar.

Görüşdə Azərbaycanın əsas regional rolu vurğulanıb.