XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək
İdman19:05 23.09.2026

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Azərbaycanın stend atıcıları Yunanıstanın paytaxtı Afinada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Atıcılıq Federasiyasından Qaynarimfo-ya ölkəmizi yarışda səngər (Trap) və dairəvi (Skeet) stend üzrə ümumilikdə 12 idmançı təmsil edəcək.

Dairəvi stenddə Niyaz Ağazadə, Fuad Qurbanov, Abidin Əsədullayev, Riqina Meftaxetdinova, Nurlana Cəfərova və Əli Mustafayev mübarizə aparacaqlar.

Səngər stenddə isə Mürtəza Novruzlu, Əli Hüseynli, Aydan Camalova, Nərmin Cəfərova, Əlimirzə Quliyev və Mirmömin Ağazadə çıxış edəcəklər.

Qeyd edək ki, Avropa çempionatı sentyabrın 27-dən oktyabrın 13-dək keçiriləcək.