XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rövşən Lənkəranskinin yaxın adamı Türkiyədə saxlanıldı
Ölkə15:56 23.09.2026

Rövşən Lənkəranskinin yaxın adamı Türkiyədə saxlanıldı

Mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamı Türkiyədə saxlanılıb.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Muğla polisi axtarışda olan şəxslərə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı Rusiya tərəfindən “Thieves in Law” cinayət qruplaşmasının üzvü və “Janiyev” adlı cinayət təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən Azərbaycan vətəndaşı E.A. saxlanılıb.

Məlumata görə, E.A. barəsində G-26 məhdudiyyət kodu da tətbiq edilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində Marmarisdə saxlanılan E.A.-nın polis idarəsində istintaq və digər prosessual prosedurları davam etdirilir.

Qeyd edək ki, “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Rafiq oğlu Canıyev “Janiyev” soyadı və onun rəhbərlik etdiyi və ya formalaşdırdığı kriminal şəbəkə - “Canıyev qruplaşması” ilə əlaqələndirilir.

Aydın