Sentyabrın sonlarında bazarlarda mövsümi meyvə və tərəvəzlərin qiymətlərində fərqli dinamika müşahidə olunur. Bəzi məhsullar münasib qiymətə təklif edilsə də, xüsusi ilə meyvələrin qiymətində artım müşahidə olunur.
Qaynarinfo bazarda satılan bəzi meyvə və tərəvəzlərin qiymətlərini araşdırıb.
Müşahidələrə əsasən, kartof və soğanın 1 kiloqramı 1 manata, dolmalıq kələmin kiloqramı 1 manata satılır. Xiyar 60 qəpiyə, pomidor 1 manat 20 qəpiyə, badımcan 70 qəpiyə, yaşıl bibər isə 1 manat 30 qəpiyə təklif olunur.
Göyərtinin qiyməti isə nisbətən aşağıdır – 1 manata 6 dəstə göyərti almaq mümkündür.
Meyvələr arasında alma 1 manata, karalyok 2 manata, ağ üzüm 1 manat 50 qəpiyə, qara üzüm 1 manat 20 qəpiyə satılır. Yaşıl mandarin və şaftalının kiloqramı 2 manat, armud 2 manat, gavalı isə 3 manatdır.
Təzə qozun kiloqramı isə 5 manata təklif edilir.
Qeyd edək ki, bu qiymətlər şəhərin müxtəlif satış məntəqələrində dəyişə bilər. Xüsusilə iri marketlərdə bəzi meyvə və tərəvəzlərin qiymətləri bazar və kiçik satış nöqtələri ilə müqayisədə daha yüksəkdir.
Günay İlqarqızı
Şərhlər