XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Corc Rassell: "Azərbaycan Qran-prisində əsas məsələ rəqabətdən zövq almaqdır"
İdman15:02 23.09.2026

Corc Rassell: "Azərbaycan Qran-prisində əsas məsələ rəqabətdən zövq almaqdır"

"Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas məsələ rəqabətdən zövq almaq, təsnifat mərhələsində və ya yarışın startında hiss olunan adrenalindir.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu "Mersedes" pilotu Corc Rassell Bakıdakı mətbuat konfransında deyib.

O, Bakıda təşkil olunacaq yarış haqqında fikirlərini bölüşüb:

"Əlbəttə, yarışın özü ən gərgin mübarizə deyil, amma cümə günü daha maraqlı olsa, bunun əvəzini çıxa bilər. Məncə, sprint yarışı daha çox həyəcan yaradır".

Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint mərhələsi keçirilməyəcək. Turnir 24-26 sentyabrda təşkil olunacaq.