
Dövlət Gömrük Komitəsinin baytarlıq avadanlıqlarının satın alınması ilə bağlı keçirdiyi tenderin nəticəsi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, satınalma prosedurunun qalibi “Nsmedikal” MMC olub. Müqavilənin ümumi dəyəri 119 121 manat təşkil edir.
Açıq mənbələrdə yer alan məlumatlara əsasən, “Nsmedikal” MMC 23 may 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 187, mənzil 63 göstərilir. MMC-nin qanuni təmsilçisi Vüqar Nurəli oğlu Sadıqovdur.
Şirkətin internet səhifəsində yayılan məlumatda qeyd olunur ki, “Nsmedikal” 2009-2018-ci illərdə “Vita Farma” adı ilə fəaliyyət göstərib.
Seyid