XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hayden Panettierenin ölümünün rəsmi səbəbi açıqlandı
Maqazin18:40 23.09.2026

Hayden Panettierenin ölümünün rəsmi səbəbi açıqlandı

Amerikalı aktrisa və boksçu Vladimir Kliçkonun keçmiş nişanlısı Hayden Panettieri 16 avqustda vəfat edib. Onun ölümünün rəsmi səbəbi isə yalnız indi məlum olub.

Qaynarifno xəbər verir ki, “Unilad”ın yazdığına görə, “Heroes” və “Nashville” seriallarının ulduzunun meyit yarılması zamanı zorakı ölüm əlamətləri aşkarlanmayıb. Bununla belə, müəyyən edilib ki, aktrisa fentanilin orqanizmə toksik təsiri nəticəsində dünyasını dəyişib.

“Həkimlər ölüm səbəbini fentanil, 4-ANPP, alprazolam, metokarbamol və kvetiapinin toksik təsiri kimi müəyyən ediblər. Ölümün başvermə şəraiti bədbəxt hadisə kimi qiymətləndirilib”, deyə hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilib.

36 yaşlı Panettierenin cəsədini onun sevgilisi Brayan Hikerson Qrinvildəki evində tapıb. Kişi aktrisaya ürək-ağciyər reanimasiyası göstərməyə çalışsa da, onu xilas etmək mümkün olmayıb.

Aktrisanın ukraynalı boksçu Vladimir Kliçko ilə münasibətindən Kaya-Evdokiya adlı qızı qalıb. Qız hazırda atası ilə yaşayır.

Aydın