Aparıcı Sərxan Kərəmoğlunun Rusiyaya girişinə “stop” qoyulmasına aydınlıq gətirilib.
Sərxan Kərəmoğlu Qaynarinfo-ya açıqlamasında buna səbəb kimi sənədlərinin qaydasında olmamasının göstərildiyini bildirib.
“Bütün sənədlərim qaydasındadır. Yanlışlıqla “stop” qoyulub. Problemin həlli iki aya yaxın vaxt aparacaq. Mənə “stop” qoyulmamalıdır, çünki həyat yoldaşım Rusiya vətəndaşıdır. Sübut etməliyəm ki, həyat yoldaşım Rusiya vətəndaşıdır və bu ölkədə qalmağıma icazə verilən 90 günü keçməmişəm. Bunun üçün vaxt tələb olunur. Bu qadağa məni bütün işlərimdən etdi”, deyə aparıcı bildirib.
Sərxan Kərəmoğlu Rusiyada bir neçə toya dəvət aldığını və məlum səbəblərdən həmin tədbirlərdə iştirak edə bilməyəcəyini də bildirib:
“Toylarım əlimdən çıxdı, amma narahat olmağa əsas yoxdur. Həmin toylara dostlarımı göndərirəm. Bir-bir zəng edib problemi deyirəm, sağ olsunlar, normal qarşılayırlar. Hamısı da orada yaşayan azərbaycanlılardır, vəziyyəti bilirlər. Yerimə başqa müğənniləri göndərirəm. Xeyir lazım deyil, təki “stop” götürülsün”.
Qeyd edək ki, aparıcı Sərxan Kərəmoğlunun Rusiyaya girişinə “stop” qoyulması barədə ilk olaraq onun özü məlumat yayıb.
Bahar Rüstəmli
Şərhlər