XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Alim Qasımovun 1 milyon manatlıq duet iddiasına cavabı: "Bir Allah şahiddir ki..."
Maqazin15:09 22.09.2026

Alim Qasımovun 1 milyon manatlıq duet iddiasına cavabı: "Bir Allah şahiddir ki..."

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi “Bu dünyanın nəyindən narahatsan”duetinə görə 1 milyon manat aldığı barədə yayılan məlumatlara aydınlıq gətirib.

Alim Qasımov Qaynarinfo-ya açıqlamasında duetinin ərsəyə gəlməsində hər hansı maddi qarşılıqdan söhbət getmədiyini bildirib:

“Bu layihədə musiqiyə xidmət, cavanların muğama, muğam ifaçılarının da musiqiyə həvəsli olmaları üçün şərikli iş gördük. Nə maddiyyat? Bir Allah şahiddir ki, burada puldan söhbət getməyib. Bir milyon dollardır, yoxsa manat? Amma bu ərəfədə mənə yaxşı pul lazımdır. Ehtiyacım var. Əgər bunu qarşılasalar, Allah onlardan razı olsun".

Alim Qasımov “Bu dünyanın nəyindən narahatsan” ifadəsinin ilk andan diqqətini çəkdiyini də deyib: “Söz məni elə tutdu ki, hər şeyə razılıq verdim”.

Qeyd edək ki, Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə duet oxuyub. Onların ifasında səslənən “Bu dünyanın nəyindən narahatsan” mahnısı cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan iddialara görə, Alim Qasımov sözügedən dueti 1 milyon manat qarşılığında ifa edib.

Bahar Rüstəmli