“Oxuyub-oxuyub da. Üzeyir Mehdizadə ermənidir, yoxsa əcinədir? Ya amerikalıdır? Üzeyir də azərbaycanlıdır, bizimkidir".
Bunu Qaynarinfo-ya açıqlamasında xanəndə, Əməkdar müəllim Qəzənfər Abbasov Xalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə duetini tənqid edənlərə cavabında deyib.
Xanəndə bildirib ki, Üzeyir Mehdizadə təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınır:
“Hərəsi öz üslubunda oxuyur və sintez yaxşı alınır. Üzeyir Mehdizadə mənə də desəydi, gedib onunla oxuyardım. Onun oxuduğu mahnını oxumasaydım belə, ona muğam öyrədərdim ki, oxusun. Alim Qasımov isə dünya səviyyəli sənətkardır, amma sadə insandır. Başqaları kimi özünü dartıb dağ başına qoymur. Görün, nə qədər sadə insandır ki, kimlə gəldi oxuyur. Bir bunu da deyin. Özlərinə gülürlər. Getsinlər özlərindən danışsınlar. Üzeyir Mehdizadənin ifasını bəyənmirsiniz? O zaman toylarına niyə aparırlar? Aparmasınlar da”.

Qəzənfər Abbasov Üzeyir Mehdizadəni tənqid edən şəxslərin öz toylarında kimləri səhnəyə dəvət etdiklərinə diqqət etməli olduqlarını deyib:
“Heç Alim Qasımovu, Qəzənfəri toya aparıb cibinə 50 manat pul qoyan yoxdur. Hamısı boş-boş danışanlardır. Onu deyənlər öz toylarına baxsınlar, görsünlər kim oxuyur? Üzeyir Mehdizadə bütün türk dünyasında sevilir və bu, bizim fəxrimizdir. Bu, onun üslubudur”.
Qeyd edək ki, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə birgə duet ifa ediblər. Üzeyir Mehdizadə həmin ifanı sosial şəbəkə hesabında paylaşıb. Bundan sonra duet sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər Alim Qasımovu Üzeyir Mehdizadə ilə duet oxuduğuna görə tənqid ediblər.
Bahar Rüstəmli
Şərhlər