Müğənni Elçin Hüseynov 8 ay ərzində 45 kiloqram çəki itirib.
Sənətçinin mətbuat katibi Zəminə Rüstəmova Qaynarinfo-ya açıqlamasında bildirib ki, Elçin Hüseynovun arıqlamasına səbəb mədə kiçiltmə əməliyyatı olub:
“Çəkisi çox idi. Arıqlamaq istəyirdi. Ona görə də əməliyyat etdirdi. Əməliyyat olunandan 8 ay keçir. Yaxın aylarda bir ili tamam olacaq. Bu günə kimi 45 kiloqram çəki itirib”.
Zəminə Rüstəmova Elçin Hüseynovun səhhətinin normal olduğunu vurğulayıb:
“Sağlamlığı ilə bağlı müalicə də olunur”.
Bahar Rüstəmli
Şərhlər