Dünyada yeni neft və qaz yataqlarının sayı son 40 ilin ən aşağı səviyyəsinə düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Nikkei Asia" sahə təşkilatlarının məlumatlarına istinadən yazıb.
Nəşrin materialında bildirilir: "Yeni yataqların kəşfinin sayı 40 ildən artıq müddətdə ən aşağı səviyyəyə düşüb, həmin yataqlarda hasilat isə 2013-cü ildəki pik göstəricinin onda birinə qədər azalıb".
"Global Energy Monitor"un məlumatına görə, 2025-ci ildə dünyada kommersiya baxımından əhəmiyyətli cəmi 19 neft-qaz yatağı kəşf edilib. Bu, 1980-ci ildən bəri ən aşağı göstəricidir.
Materialda qeyd olunur ki, enerji şirkətlərinin investisiyaları azaltması kəşfiyyat işlərinə də mənfi təsir göstərib.
Aydın
Şərhlər