XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Keçmiş nazirə 3900 manatlıq sifariş
Ekonomiks16:42 22.09.2026

Keçmiş nazirə 3900 manatlıq sifariş

Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi “İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, müqavilədə "BMW 750 E X Drive Hibrid M Sport Package" markalı avtomobilə texniki servis xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Buna görə “İmprotex Motors” MMC-yə 3 998,72 manat ödəniləcək.

Nizamnamə kapitalı 5325 manat olan “İmprotex Motors” MMC keçmiş nazir Füzuli Ələkbərova məxsusdur. MMC “İmprotex Group” şirkətinə daxildir. “İmprotex Group” MMC 1991-ci ildə Füzuli Ələkbərov tərəfindən təsis edilən “İmprotex” şirkətinin bazasında yaradılıb.

Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.

Seyid