Xəbər lenti

Rəsmi Bakı: Tsxinvalidə keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq
Siyasət18:30 22.09.2026

Rəsmi Bakı: Tsxinvalidə keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"nə dair bəyanat yayıb.

Qaynarinfo XİN-ə istinadən məlumat verir ki, bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha təsdiqlənib.

"Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımırıq", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, Cənubi Osetiyada qondarma "prezident seçkiləri" 18 sentyabr 2026-cı ildə keçirilib.