XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı
Ölkə17:45 22.09.2026

İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib - Məhkəmə qərarı

Bakıda banklardan biri kredit borcunun tutulması ilə bağlı İsfəndiyar Məhəmməd oğlu Axundov, Tofiq Səhrəd oğlu Məmmədov və “Universal Servis İnşaat” MTK-ya qarşı məhkəmədə iddia qaldırıb.

Qaynarinfo-nun əldə etdiyi məhkəmə materiallarına görə, mübahisə 2016-cı il tarixli kredit müqaviləsindən yaranıb.

Müqaviləyə əsasən, borcalana mənzil alınması üçün 240 ay müddətinə illik 10 faizlə 86 958 manat kredit verilib. Kredit öhdəliyinin təminatı məqsədilə İsfəndiyar Axundov və “Universal Servis İnşaat” MTK-nın qanuni təmsilçisi Axundov Tanrıverdi İsfəndiyar oğlu ilə ayrıca zaminlik müqavilələri bağlanıb.

Bank borcun vaxtında qaytarılmadığını bildirərək məhkəməyə müraciət edib. İlkin tələbə əsasən, 66 746,53 manat əsas borcun, 787,98 manat faizin, ümumilikdə isə 67 534,51 manat kredit borcunun, həmçinin məhkəmə xərclərinin tutulması istənilib.

İş üzrə keçirilmiş ekspertiza zamanı müəyyən edilib ki, borcalanın banka 69 789,48 manat əsas və 1 901,75 manat faiz borcu olub.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Məhkəmə 63 151,23 manat əsas borcun, 1 901,75 manat faiz borcunun və 787,98 manat gecikdirilmiş faiz borcunun İsfəndiyar Axundov, iş adamının oğlu Tanrıverdi Axundov və Tofiq Məmmədovdan müştərək qaydada tutulmasına qərar verib.

Qeyd edək ki, İsfəndiyar Axundov "Şərurlu İsfəndiyar" kimi tanınan və "Şərur" MTK-nın rəhbəri olan iş adamıdır. Tanrıverdi Axundov isə onun oğludur.

Aydın