XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Polymarket" Avropada özünün maliyyə korporasiyası kimi tanınmasına çalışır
Dünya18:00 22.09.2026

"Polymarket" Avropada özünün maliyyə korporasiyası kimi tanınmasına çalışır

ABŞ-ın proqnoz bazarları platforması "Polymarket" Avropa və Böyük Britaniyada lobbiçilik kampaniyasına başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.

Qəzetin məlumatına görə, "Polymarket" fəaliyyətinin bukmeker şirkətləri üçün nəzərdə tutulan qaydalarla deyil, maliyyə korporasiyalarına tətbiq olunan qaydalarla tənzimlənməsinə nail olmaq istəyir.

ABŞ-da populyarlıq qazanan "Polymarket" istifadəçilərə müxtəlif hadisələr üzrə proqnozlara pul qoymağa imkan verir. Bunlara idman yarışları, seçkilərin nəticələri, mərkəzi bankların qərarları və "Oskar" mükafatının qaliblərinin müəyyənləşdirilməsi daxildir.

Nəşrin məlumatına görə, "Polymarket" London, Brüssel və digər Avropa paytaxtlarında tənzimləyici qurumlarla görüşlər keçirir. Şirkət israr edir ki, onun müqavilələri mərc deyil, törəmə maliyyə alətləri hesab edilməlidir. Bu halda onların ayrı-ayrı ölkələrdə qumar oyunlarını tənzimləyən qanunlarla deyil, Aİ-nin maliyyə bazarları üçün əsas qanunvericilik normalarına uyğun şəkildə tənzimlənməsi nəzərdə tutulur.

Lakin FT-nin qeyd etdiyi kimi, Avropa rəsmiləri bu yanaşmaya skeptik yanaşırlar. Avropa Qiymətli Kağızlar və Bazarlar İdarəsi (ESMA) proqnoz bazarlarının "insayder ticarəti ilə dolu" olduğunu bildirib. Böyük Britaniyanın Maliyyə Davranış Qurumunun (FCA) mövqeyinə görə isə bu cür müqavilələr spekulyativ xarakter daşıyır və qumar oyunlarına bənzəyir.

Aydın