Xəbər lenti

Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
Ölkə21:05 23.09.2026

Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xocavənddə yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü, Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Qarayev Elnur Eldar oğlu və 1981-ci il təvəllüdlü, Beyləqan rayonunun Örənqala kənd sakini Məmmədov Səxavət Ələm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.