İnsan emosiyalarını özündə əks etdirən robot hazırlanıb.
Qaynarinfo Phys.org-a istinadən xəbər verir ki, layihə ABŞ-ın "Case Western Reserve" Universiteti tərəfindən reallaşdırılıb. Robot müvafiq şəxsin emosiyasını müəyyənləşdirərək ona uyğun musiqi yandırır, həmçinin sağlamlıq vəziyyətini monitorda əks etdirir. Layihənin gələcəkdə depressiya və sağlamlıq problemi yaşayan insanların, xüsusilə qocaların vəziyyətini əvvəlcədən müəyyənləşdirmək üçün istifadəsi planlaşdırılır. Robotun hazırlanmasında iştirak edən mütəxəssislər bildirir ki, insan emosiyaları 98% doğru və sürətli təxmin edilir. Cihaz 3500-dən çox insan emosiyasını fərqləndirə bilir. İnsanlar isə 10 mindən çox üz ifadəsinə sahibdir, həmçinin hər bir şəxs emosiyaları fərqli formada əks etdirir.
Qeyd edək ki, daha əvvəl də oxşar layihələr reallaşdırılıb, lakin "Case Western Reserve" Universiteti tərəfindən hazırlanan robot daha dəqiq və sürətli təxminlər edir.
Gülşən
Şərhlər