İdman 09:10 11.12.2019

Çempionlar Liqası: 1/8 finalın daha 4 iştirakçısı müəyyənləşdi

Çempionlar Liqasında qrup mərhələsinin VI turunun ilk oyun günü başa çatıb.

 

 

Apasport.az saytının məlumatına görə, matçları daha tez keçirilən E qrupunun ardından F, G və H qruplarında da mübarizəyə yekun vurulub.

 

 

Son 6 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 4 komanda müəyyənləşib. Dortmund "Borussiya”sı, "Lion”, "Çelsi” və "Valensiya” mübarizəni davam etdirmək hüququ qazanıb. "İnter”, "Ayaks” və "Benfika” isə Avropa Liqasına – 1/16 final mərhələsinə yollanıb.

 

Qeyd edək ki, buna qədər "Barselona”, "Leypsiq”, PSJ, "Real”, "Bavariya”, "Tottenhem”, "Yuventus”, "Mançester Siti”, "Liverpul” və "Napoli” 1/8 finala yüksəlib.