Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan çempionu "Neftçi"nin də rəqibi bəlli olacaq.
UEFA pükşatmadan əvvəl komandaları qruplara bölüb. Səpələnməmişlər səbətində yer alan "ağ-qaralar" "Lüdoqorets" (Bolqarıstan), "Şerif" (Moldova), "Dinamo" (Tbilisi, Gürcüstan) və ya "Kayrat”" (Qazaxıstan) klublarından biri ilə üz-üzə gələcək.
I təsnifat mərhələsi
Səpələnmişlər: "Dinamo" (Zaqreb, Xorvatiya), "Lüdoqorets" (Bolqarıstan), "Malmö” (İsveç), ÇFR (Rumıniya), "Legiya" (Polşa), "Şerif" (Moldova), "Ferentsvaroş” (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), "Slovan" (Bratislava, Slovakiya), "Alaşkert" (Ermənistan), "Dinamo" (Tbilisi, Gürcüstan), "Jalgiris" (Litva), "Flora" (Estoniya), "Buduçnost" (Monteneqro), "Kayrat” (Qazaxıstan), "Linkoln" (Cəbəllütariq)
Səpələnməmişlər: "Riqa" (Latviya), HİK (Helsinki, Finlandiya), "Linfild” (Şimali İrlandiya), "Fola Eş” (Lüksemburq), "Şaxtyor" (Soliqorsk, Belarus), "Neftçi" (Azərbaycan), "Makkabi" (Hayfa, İsrail), "Konnas-Ki Nomads" (Uels), "Şemrok Rovers" (İrlandiya), "Valür" (İslandiya), "Bude Qlimt” (Norveç), "Mura" (Sloveniya), "Teuta" (Albaniya), İlkin mərhələnin qalibi, "Borars" (Banya-Luka, Bosniya və Herseqovina), "Hamrun Spartans” (Malta)
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.
Şərhlər